Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ-ın Zəngəzur planı - İrəvandan rəsmi cavab

Baxılıb: 902     Tarix: 03-07-2025 11:48   

Cənubi Qafqazda nəqliyyat infrastrukturunun açılması Ermənistan üçün mühüm prioritet olub və belə də qalır.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Azadlıq” radiosuna deyib.
ABŞ Prezidenti Administrasiyasının Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən yol məsələsinə dair İrəvan və Bakıya təklifi barədə yayılan xəbərlərə isə o belə cavab verib:
“Məlum olduğu kimi, Ermənistan “Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) regional kommunikasiya vizyonunu təklif edib və artıq bir sıra beynəlxalq tərəfdaşlardan müsbət rəy alıb. Üstəlik, Ermənistan bu təşəbbüs çərçivəsində bütün tərəflər üçün məqbul ola biləcək bir sıra həll yolları təklif edib. Eyni zamanda, müxtəlif beynəlxalq tərəfdaşlar da vaxtaşırı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasına dair öz ideyalarını təqdim edirlər”.
Badalyanın sözlərinə görə, regionun transsərhəd potensialını reallaşdıracaq faydalı nəticələrin əldə edilməsi məqsədilə bütün maraqlı tərəfdaşlarla müzakirələr davam edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar