Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zəngəzur dəhlizi ilə bağlı İrəvandan mühüm razılıq

Baxılıb: 926     Tarix: 11-07-2025 12:15   

Prinsiplərə əməl olunarsa, Ermənistan Zəngəzur yolunun “autsorsinqinə” (regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi variantına) etiraz etmir.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib.
Amerika tərəfinin təkliflərinin mümkün müzakirəsi barədə də danışan Safaryan bunları deyib:
“Müxtəlif təkliflər irəli sürülüb, bununla bağlı açıqlamalar vermişik, bunun Ermənistanın maraqlarına nə dərəcədə uyğun olmasından, nə dərəcədə məqsədəuyğun hesab olunmasından asılı olaraq, bu, danışıqların predmetinə çevrilə bilər, olmaya da bilər. Tamamilə mümkündür ki, Ermənistan blokun açılması funksiyalarını beynəlxalq təşkilata ötürə bilər: bu, Ermənistan tərəfinin bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər”.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Zəngəzur dəhlizində təhlükəsizliyin ABŞ şirkəti tərəfindən təmin edilməsi təklifi ilə Bakı və İrəvana müraciət etdiyi haqda məlumat yayılmışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar