Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Şahin Şıxlinskinin yerinə o təyin edildi

Baxılıb: 654     Tarix: 02-09-2025 10:47   

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan icmasına və “Uraldakı azərbaycanlıların mədəniyyət, gənclər və idman Mərkəzi”nə yeni rəhbər təyin edilib. 
Qanunvehedef.az “Kommersant”a istinadən xəbər verir ki, həmin postda yeni rəhbər Vidadi Mustafayev olub.
Təyinatı ilə bağlı xəbəri nəşrə təsdiqləyən V.Mustafayev bildirib:
“Biz “diaspora” anlayışını ləğv etmişik, çünki o, hər yerdə özünü nüfuzdan salıb. Rusiya Federasiyasının qanunlarına və cəmiyyətə inteqrasiyanın tərəfdarıyıq. Mərkəzdə gənclərin tərbiyəsi ilə məşğul olacağıq, xüsusi hərbi əməliyyat əsgərlərinə fəal kömək edəcəyik. Bununla yanaşı, gənclərin biznes klubunu təşkil edəcəyik”.
Vidadi Mustafayev bu postda avqustun 2-si Moskvada saxlanılan Şahin Şıxlinskini əvəz edəcək. Onu da qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi Ş.Şıxlinski barəsində qiyabi həbs qərarı verib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar