Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir

Baxılıb: 631     Tarix: 04-09-2025 10:45   

Rusiya nümayəndə heyəti yaxın günlərdə Azərbaycana səfər edəcək. Səfərin məqsədi bu ilin sentyabr-oktyabr aylarında ölkəmizdə keçiriləcək III MDB Oyunlarında iştirak etməkdir.
Qanunvehedef.az xəbər verir ki, bunu Rusiya idman naziri Mixail Deqtyarev Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun “İdman diplomatiyası: yeni çağırışlar və imkanlar” sessiyasında bildirib.
Nazir əlavə edib ki, Azərbaycan tərəfi, xüsusilə də gənclər və idman naziri Fərid Qayıbov onu da şəxsi qaydada dəvət edib, lakin səfərlə bağlı qərarını ayrıca verəcək.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncədə olacaq. Yarışlara 260-dan çox rusiyalı idmançı qatılacaq. Oyunlar ölkənin 7 şəhərini əhatə edəcək və 23 idman növündə təşkil olunacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar