ardanyan Rusiyanın avtomobil biznesini tamamilə tərk edib
Baxılıb: 721 Tarix: 07-10-2025 11:35

Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri”, bir sıra ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyan Rusiyanın avtomobil biznesini tamamilə tərk edib.
Qanunvehedef.az “Kommersant”a istinadən xəbər verir ki, R.Vardanyan Rusiyanın “Atom” elektromobilləri layihəsindəki payını satıb.
Bildirilib ki, onun “Vosxod” MMC-də sahib olduğu 25 faizlik pay şirkətin özünə keçib. “Vosxod” isə “Atom” elektrik avtomobillərinin istehsalı ilə məşğul olan “Kama” şirkətinin əsas səhmdarıdır.
Hazırda isə “Vosxod”un həmsahibləri “KamAZ” şirkətinin baş direktoru Sergey Koqoqin və “Spektr” şirkətidir.
R.Vardanyan 2024-cü ilin payızında “KamAZ”ın da ortaq sahibliyindən çıxıb.
Xatırladaq ki, R.Vardanyan 2023-cü ilin payızından Bakıda həbsdədir. O, həbsdən əvvəl rəhbərlik etdiyi tanınmamış separatçı qurumun ərazisindən Ermənistana qaçmağa cəhd edərkən Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Qarabağda saxlanılıb. Vardanyan terrorizm, qanunsuz silahlı birləşmələrin təşkili və maliyyələşdirilməsi, hərbi cinayətlər və məcburi deportasiyada ittiham olunur.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər