Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Britaniya Azərbaycana bu qadağanı ləğv etdi - Mühüm

Baxılıb: 764     Tarix: 14-10-2025 11:59   

Böyük Britaniya parlamentinin saytında Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin Azərbaycan və Ermənistana silah embarqosunun ləğvi ilə bağlı yazılı bəyanatı dərc edilib.
Qanunvehedef.az APA-ya istiandən bəyanatın mətnini təqdim edir:
“Mən Sizə Cənubi Qafqazdakı əlamətdar hadisələr və Böyük Britaniyanın Ermənistanla Azərbaycan arasında sülh prosesində irəliləyişə reaksiyası barədə məlumat vermək istərdim.
Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçirib. Nəticədə sülh sazişi paraflanıb və bəyannamə imzalanıb.
Sənədlərə ATƏT-in Minsk qrupunun buraxılmasına çağırış və Ermənistanın suverenliyinə hörmət etməklə Azərbaycan ilə Naxçıvan arasında əlaqəni təmin etmək öhdəliyi daxildir.
Böyük Britaniya əldə olunan tərəqqini alqışlayır. Bu, sülh və sabitliyə doğru mühüm addımdır.
Bununla əlaqədar biz Ermənistan və Azərbaycanla münasibətlərin səviyyəsini ticarət, təhlükəsizlik və müdafiə sahələrində strateji tərəfdaşlığa yüksəldirik.
Avqustun 24-dən 26-dək dəstəyi təsdiqləmək və praktik addımları müzakirə etmək üçün hər iki ölkəni ziyarət etmişəm.
Biz Minsk qrupunun buraxılmasını dəstəklədik. Əldə olunan irəliləyişi nəzərə alaraq hesab edirik ki, ATƏT-in 1992-ci il embarqosu aktuallığını itirib. Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə aradan qaldırır. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə və ölkələrə hibrid təhdidlərə cavab daxil olmaqla, suverenliyi və ərazi bütövlüyünü qorumağa kömək edəcəkdir. İxrac lisenziyaları ciddi meyarlara görə fərdi olaraq nəzərdən keçiriləcək.
Biz bölgədəki vəziyyəti izləyəcəyik. Ümid edirik ki, bu, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və firavanlığa yol açacaq. Böyük Britaniya bu dəyişiklikləri və regional sabitliyi dəstəkləmək üçün hər iki ölkə, ABŞ, AB və digər tərəfdaşlarla əməkdaşlıq etməyə hazırdır”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar