Xəbər lenti
14/10/2025 [12:48]
Sabah hava necə olacaq?
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

Baxılıb: 735     Tarix: 14-10-2025 13:42   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı və türk ölkələrinin vətəndaşlarına Türkiyə vətəndaşlığına yaxın bir status verən qərar mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Axar.az-a açıqlamasında ekspert Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bu vaxta qədər Türkiyədə azərbaycanlılar istər təhsil, istərsə də digər sahələrdə “əcnəbi” statusunda qiymətləndirilirdi:
“Nə qədər eyni kökdən olsaq da, bizə də digər əcnəbilərlə eyni qanunlar tətbiq olunurdu. Ərdoğanın bu qərarı isə artıq bu yanaşmanı dəyişir”.
Ekspertin fikrincə, yeni hüquqi status azərbaycanlıların Türkiyədə daha rahat yaşamasına, işləməsinə və təhsil almasına imkan yaradacaq:
“Türkiyə türk dövlətləri arasında “böyük qardaş” kimi qəbul olunur. Ərdoğanın bu qərarını da məhz böyük qardaş jesti kimi dəyərləndirmək olar. Bu addım həmçinin türk dövlətləri arasında əlaqələrin sıxlaşmasına təkan verəcək”.
Hümbətov qeyd edib ki, azərbaycanlıların Türkiyədə əvvəldən müəyyən üstünlükləri olsa da, bu qərar həmin münasibətlərin hüquqi əsasda rəsmiləşməsi baxımından mühümdür:
“Azərbaycan vətəndaşlarının Türkiyədə əvvəldən müəyyən avantajları var idi. Bu addım isə həmin statusu artıq qanun çərçivəsində təsdiqləyir. Nəticə etibarilə bu qərar həm də Türkiyədə təhsil alan türkiyəli olmayan türksoylu tələbələrin sayının artmasına səbəb olacaq. Bu da öz növbəsində Türkiyə iqtisadiyyatına müsbət təsir göstərəcək”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar