Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycandan Ermənistana boru kəməri çəkiləcək

Baxılıb: 787     Tarix: 22-10-2025 12:24   

Yaxın vaxtlarda Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvan və Türkiyəyə Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və elektrik xətləri çəkiləcək.
Qanunvehedef.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.
“Bütün bunlar TRIPP marşrut proqramı çərçivəsində müzakirə olunur. Türkiyə və Azərbaycanla da müvafiq müzakirələr aparırıq”, - baş nazir vurğulayıb.
Nikol Paşinyan bu proqramların həyata keçirilməsi və reallaşması üçün sülhü əsas şərt hesab edir.
“Hazırda Azərbaycanla qurulan sülhün daha institusional olması üzərində işləyirik”, - Ermənistan rəhbəri əlavə edib.

Qanunvehedef.az 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar