Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyə “C-130” təyyarələrinin uçuşunu dayandırdı

Baxılıb: 1 057     Tarix: 13-11-2025 13:31   

Türkiyənin Gürcüstanda qəzaya uğrayan “C-130” tipli təyyarəsinin göyərtəsində hərbi sursat olmayıb.
Qanunvehedef.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, hərbi yük təyyarəsinin göyərtəsində hərbi personal və təyyarənin texniki xidmət avadanlıqları olub.
Bununla yanaşı, qeyd olunub ki, noyabrın 12-dən etibarən ehtiyat tədbiri olaraq Türkiyədə “C-130” təyyarələrinin uçuşları dayandırılıb: “Bütün texniki yoxlamalar həyata keçirildikdən sonra təyyarələrin uçuşları bərpa ediləcək”.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarə qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 20 hərbçi həlak olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}