Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyədə cinayətkarlara qarşı əməliyyat - Azərbaycan polisi də məlumatlandırılıb

Baxılıb: 922     Tarix: 14-11-2025 15:03   

Türkiyədə cinayətkar dəstənin rəhbər şəxslərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.
Məlumata görə, bu gün səhər saatlarında Türkiyə daxilində və beynəlxalq səviyyədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri yumağa çalışan mütəşəkkil cinayətkar qruplaşmaların yüksəksəviyyəli üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.
Bildirilib ki, “Orkinos Bulut-2” adlı əməliyyat ümumilikdə 22 şəhərdə həyata keçirilib: “Əməliyyat öncəsi Azərbaycan, Niderland, İran, Estoniya, Sloveniya, Qırğızıstan, Yunanıstan, Panama, Böyük Britaniya, Belçika və Bolqarıstanın polis qurumları ilə məlumat və sənəd mübadiləsi aparılıb”.
A.Yerlikaya bu əməliyyat çərçivəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri yumağa çalışan 5 müxtəlif beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın olduğunu vurğulayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar