Xəbər lenti
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok

Baxılıb: 7110     Tarix: 02-12-2025 13:45   

Qərbdən Əli Kərimliyə və həbs olunan digər Milli Şura üzvlərinə real dəstək gələcəkmi?

Qanunvehedef.az Axar.az-a istinadən xəbər verir ki, bu suala politoloq Heydər Oğuz cavab verməyə çalışıb.

O bildirib ki, Milli Şura liderləri ilə Ramiz Mehdiyev əlaqələri barədə heç bir söz deyə bilməz:

“Çünki Milli Şuranın bəzi mitinqlərində iştirak etməkdən savayı onun tədbirlərində və toplantılarında yer almamışam. Nəticədə onun fəaliyyəti ilə bağlı ancaq bir sıra media orqanlarında dərc olunan yazılar və bəzi söyləntilər vasitəsilə xəbər tutmuşam. Sadəcə onu vurğulamağı özümə borc biirəm ki, Milli Şuranın bir çox hərəkətlərindən həqiqətən də rus qoxusu gəlirdi.

Yeri gəlmişkən, bu barədə fikirləri təkcə mən yox, Milli Şurayla yaxın təmaslarda olan şəxslər də dəfələrlə dilə gətiriblər. Üstəlik təkcə bizimkilər yox, hətta əcnəbilər də, konkret desək, Avropa Şurası da bu qənaətdə olub. Bir vaxtlar Milli Şuranın üzvlərindən olan Novella Cəfəroğlu 09.02.2014 tarixində “Yeni Müsavat”a verdiyi müsahibəsi də bu iddianı təsdiqləyir. Hüquq müdafiəçisi həmin müsahibədə bildirirdi: “Mən Milli Şura ilə bağlı bir məsələni də demək istəyirəm. Avropa Şurasında sona qədər belə hesab elədilər ki, Milli Şura Rusiya projesidir”.

Jurnalistin “siz də Milli Şurada idiniz. Sizi də Rusiya projesi hesab edirdilər?” sualını Novella xanım belə cavablandırıb: “Biz çox mühüm insanlarla görüşdük və onlara dedik ki, əgər bu, Kremldə hazırlansa idi, nə İsa Qəmbər, nə Əli Kərimli, nə də biz dünya dağılsa da bu məsələdə yer almazdıq…”

Daha sonra hüquq müdafiəçisi bunları əlavə edib: “Bu arqumenti biz də səsləndirdik. Milli Şura yarananda durum başqa idi, ancaq sonradan situasiya dəyişdi. Bu məsələni qapadaq, çünki çox şey bilirəm. Onları hələ danışmağın zamanı deyil”.

Göründüyü kimi, Azərbaycanın demokratik qüvvələrinin bütün səylərinə baxmayaraq, Avropa Şurasını Milli Şuranın “təmizliyinə” inandırmaq mümkün olmayıb. Sözsüz ki, bu etimadsızlıq mühiti sadəcə ötəri müşahidənin gətirdiyi qənaət ola bilməzdi. Hər halda Avropa Şurası kimi ciddi bir qurum hansısa daşdan keçən məlumatlara malik olmasaydı, onlarda yaradılan yanlış qənaətin üzərində israrla dayanmazdılar.

Söz verdiyim kimi, yıxılan kötüklərə balta vurmaq kimi bir xislətim olmadığından ayrıntılara girmək niyyətində deyiləm. Yalnızca onu qeyd etməyi lazım bilirəm ki, bir çoxları ümidlərini Avropa Birliyinə və ABŞ bağlayıb, xəyallara qapılmasın. Hər iki ittifaq özlərinin prioritet maraqlarını bir kənara atıb “rus projesi” olduğuna inandıqları, yaxud şübhələndikləri təşkilatı və onun üzvlərini müdafiə etməyəcək. Mümkündür ki, “xala xətrin qalmasın” tipli bəzi dişsiz bəyanatlar verəcəklər, amma ardınca da Azərbaycan yetkililərinə zəng edib, asta səslə “qüsura baxmayın, ictimai rəyi nəzərə alıb cızıqdan kənara 3 dəfə ayağımızı basdıq” deyərək üzr istəyəcəklər”.


Qanunvehedef.az





{sape_links}{sape_article}