Xəbər lenti
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

“Tramp Marşrutu”nda iştirakla bağlı Azərbaycanla danışıqlar aparırıq”

Baxılıb: 646     Tarix: 02-12-2025 15:12   

“Avropa İttifaqı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsində mümkün iştirakı mövzusunda ABŞ, Azərbaycan və Türkiyə ilə danışıqlar aparır”.

Qanunvehedef.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Ermənistandan olan jurnalistlərlə görüşü zamanı bildirib.

“Söhbət Mərkəzi Asiyadan Avropaya gedən bir yoldan gedir. Bu, ümumilikdə 42 kilometrlik yoldur. Bizim üçün çox vacibdir ki, etdiyimiz hər şey təkcə bu 42 kilometrlik hissəyə deyil, şərqə və qərbə gedən hər şeyə aid olsun və bütün bunlar eyni vaxtda həyata keçirilsin”, - komissar vurğulayıb.

O, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyandan bu məsələdə Ermənistan üçün ən vacib prioritetlərin siyahısını təqdim etməsini istədiyini deyib: “Bizim öz ideyalarımız da var. Biz bu məsələləri Türkiyə və Azərbaycanla müzakirə edirik. Buna görə də, bunu hissə-hissə etməyimizin mənası yoxdur. Lakin bu baxımdan ABŞ-nin əməkdaşlığı və ya iştirakı da sadəcə 42 kilometrlik dəmir yolunun inşasından daha vacibdir”.


Qanunvehedef.az





{sape_links}{sape_article}