Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Babayev: Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək

Baxılıb: 7811     Tarix: 03-12-2025 11:22   

Xüsusi qaydalar olacaq və qeyri-formal məşğul şəxslərin müəyyən edilmə meyarları elektron şəkildə aparılacaq.

Qanunvehedef.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxışı zamanı maliyyə naziri Sahil Babayev deyib.

Onun fikrincə, fərdiləşmiş məlumat əsasında, təqdim olunan şəxsin vəziyyətinə uyğun olaraq müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyaya düşür:

“O kateqoriyaya düşməyən insanların da gəlirinin mənbəyi soruşulacaq və onlar da sığortadan kənar qalmayacaq. Əksinə, onlar üçün də imkan yaradılır ki, bir də əlavə sığorta haqqı ödəməklə, istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəştli və müsbət bir addımdır. Bu qeyri-qanuni şəkildə fəaliyyət göstərən insanlardan savayı hər kəsi tam şəkildə əhatə edir".


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar