Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tokayev: “Bu, Cənubi Qafqazda sabitliyi təmin edə bilər”

Baxılıb: 1018     Tarix: 12-12-2025 14:58   

“​Azərbaycan və Ermənistanın sülhə dair Birgə Bəyannaməni imzalaması tarixi əhəmiyyətə malikdir”.

 Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli - 2025” forumunda çıxışı zamanı bildirib.

“Bu, həmin regionda və onun hüdudlarından kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır”, - o deyib.

Tokayev vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sabitliyi təmin edə bilər.

Xatırladaq ki, bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ lideri Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar