Xəbər lenti
Arxiv
«    Март 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Baxılıb: 9112     Tarix: 16-12-2025 15:52   

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs göstərdiyi və Yeni il ərəfəsində elan olunması gözlənilən Amnistiya aktı əhatə dairəsinə görə ən böyüyüdür.

Qanunvehedef.az xəbər verir ki, hazırkı amnistiya 20 min nəfərə şamil olunacaq ki, bu da İlham Əliyevin 22 illik hakimiyyəti dövründə ən böyük Amnistiya aktı olaraq tarixə düşəcək.

Bundan öncəki amnistiya aktlarını təqdim edirik:

1. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci il mayın 8-də Milli Məclis Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Amnistiya aktını qəbul edib; 9 min nəfərə şamil edilib;

2. Milli Məclis 2009-cu il martın 17-də Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar Amnistiya aktını qəbul edib. 9 min məhbusa tətbiq olunub;

3. Mehriban Əliyevanın təşəbbüsü ilə milli həmrəyliyin gücləndirilməsi məqsədilə Milli Məclis 2013-cü il 7 may tarixində Heydər Əliyevin xatirəsinə həsr olunan Amnistiya aktını qəbul edib. 10 040 nəfərə şamil edilib;

4. Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika günü münasibətilə 2016-cı ildə amnistiya elan edilib. Amnistiya qərarı ümumilikdə 10 868 nəfərə şamil olunub;

5. Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Milli Məclis Amnistiya aktı qəbul edib. Amnistiya aktından 15 minə yaxın şəxs faydalanıb;

6. Prezident İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə 2021-ci ildə Amnistiya aktı qəbul edilib. Aministiya aktı 17 min 267 şəxsə şamil olunub.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar