Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ermənistan “Tramp Marşrutu”nun tikintisinə başlayır

Baxılıb: 9410     Tarix: 25-12-2025 10:16   

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin praktik mərhələsinin icrasına, o cümlədən tikinti işlərinə 2026-cı ildə başlanması planlaşdırılır.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a həmin ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, hazırda Ermənistan tərəfi amerikalı tərəfdaşları ilə layihənin hüquqi bazasının və tənzimləmə mexanizmlərinin formalaşdırılması üzrə intensiv danışıqlar aparır.

Ermənistan XİN vurğulayıb ki, bu layihə “Orta Dəhliz”in komponenti olan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu və “Fars körfəzi - Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi daxil olmaqla regional əlaqələrin inkişafına yönəlmiş iri infrastruktur proqramlarının məntiqi çərçivəsinə tam uyğun gəlir.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan layihəni həyata keçirmək üçün Ermənistan-ABŞ birgə müəssisəsi olan “TRIPP Company”nin qeydiyyatdan keçiriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, bu şirkət dəmir yolu, avtomobil yolları, neft və qaz boru kəmərləri, həmçinin fiber-optik kabellər üçün lazım olan infrastrukturu inkişaf etdirmək hüququna malik olacaq.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar