Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu

Baxılıb: 9113     Tarix: 12-01-2026 11:25   

İrandakı etirazlarda şahın oğlu Rza Pəhləvini dəstəkləyən “Caved şah” şüarlarının səsləndirilməsi iki səbəblə əlaqələndirilir: etirazlarda liderin olmaması və rejimdən xilas olmağın alternativinin tapılmaması;

Hərçənd Pəhləvinin İranda etirazçılara təsirləri haqda təbliğ olunan iddialar mifdir.

- Proseslərə təsir edəcək əsas qüvvə olan azərbaycanlılar Pəhləviyə qarşıdır: Güney Azərbaycanın etirazlara gec qoşulması və milli şüarlar səsləndirməsinin əsas səbəblərindən biri də məhz şahın oğlunun “mümkün dönüşü” idi və Təbriz bununla İranda rejimi dəyişdirmək istəyən xarici oyunçulara da mövqeyini çatdırdı;

- Etirazlarda aktivlik nümayiş etdirən və xaricdən dəstəklənən kürdlər də daxil olmaqla digər etniklər şah zülmünün ağır təcrübəsini unutmayıblar;

- Etirazların özəyini təşkil edən bazarlar da 1979-cu ildə taxtdan saldıqları Pəhləviləri dəstəkləmir.

Rza Pəhləvi “vitrinə çıxmaqla” xarici faktorların – ABŞ və İsrailin dəstəyini əldə etməyə çalışır. Vaşinqton şahın oğlunun liderliyinə şübhə ilə yanaşır, Tramp bunu açıq şəkildə dilə gətirdi. Çünki Pəhləvi İrandakı etirazlarda “birləşdirici yox, ayırıcı fiqurdur”. Məhz bu obrazına görə Pəhləvinin liderliyində maraqlı olan iki qüvvə var.

Birincisi, Xamenei rejimidir: Pəhləvinin liderliyi etirazçılar arasında fikir ayrılığına səbəb olması baxımından rejimə sərf edir;

İkincisi, İsraildir: Pəhləvinin gəlişi post-rejim İranında Təl-Əvivin planına uyğun olan parçalanmaya yol aça bilər.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar