Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qarabağı könüllü tərk etmiş 30 min nəfər Ermənistan vətəndaşlığı alıb

Baxılıb: 9113     Tarix: 13-02-2026 16:46   

“Azərbaycan ərazisindən könüllü köç etmiş təxminən 30 min nəfər Ermənistan vətəndaşlığı alıb”​.

Qanunvehedef.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında həmin ölkənin daxili işlər naziri Arpine Sarqsyan bildirib.

Nazirin sözlərinə görə, vətəndaşlıq almış şəxslərin böyük əksəriyyəti 2025-ci ilin ikinci yarısında müraciət edənlərdir.

“Başqa  sözlə, vətəndaşlıq alma prosesi xeyli asanlaşdırılıb və sürətləndirilib. Əgər əvvəllər müvafiq platformaya gündə 40 müraciət daxil olurdusa, indi 200-ə qədər ərizə daxil olur”, - Sarqsyan deyib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən ermənilərə ölkə vətəndaşlığının verilməsi məsələsinin mümkün qədər tez bir zamanda həll edilməsi ilə bağlı tapşırıq vermişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar