Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İran Azərbaycanla sərhəd boyunca uçuş xəbərdarlığı elan etdi

Baxılıb: 9114     Tarix: 26-02-2026 15:56   

İran ötən gün Azərbaycanla sərhəd boyunca NOTAM (uçuş xəbərdarlığı) bildirişi yayıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Flightradar24” monitorinq resursunun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildiriş elanına səbəb qeyd olunan ərazidə yer səviyyəsindən 10.000 futa (təxminən 3050 metr) qədər yüksəklikdə pilotsuz uçuş aparatlarından (PUA) istifadədir. Həmin saatlarda bölgədə İslam İnqilab Keşikçiləri Korpusunun PUA-larının intensiv uçuşları qeydə alınıb.

Qeyd edək ki, NOTAM (Notice To Air Missions) müəyyən bir ərazidə və ya hava məkanında müvəqqəti təhlükə və ya məhdudiyyət barədə pilotlar və hava nəqliyyatı üçün rəsmi bildirişdir.








Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar