Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Naxçıvana hücumla bağlı Səudiyyədən açıqlama

Baxılıb: 7220     Tarix: 05-03-2026 14:47   

Səudiyyə Ərəbistanı İran pilotsuz uçuş aparatları ilə Azərbaycana zərbə endirməsini, həmçinin Türkiyəyə PUA ilə hücum etmək cəhdini pisləyib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"İki ölkəyə qarşı bu qorxaq cəhdlər, həmçinin İranın region dövlətlərinə qarşı təkrarlanan həyasız davranışı heç bir halda bəraət qazandırılması mümkün olmayan düşmənçilik kursunun sübutudur. Bu, həm də beynəlxalq qanunlara, normalara və mehriban qonşuluq prinsiplərinə açıq şəkildə ziddir və gərginliyin daha da artmasına gətirib çıxarır", - bəyanatda deyilir.

Səudiyyə Ərəbistanı Türkiyə və Azərbaycanla, onların hökumətləri və xalqları ilə tam həmrəyliyini ifadə edir, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu təsdiqləyir. Həmçinin onların gərginliyin qarşısını almaq, regionda təhlükəsizliyi və sabitliyi qorumaq üçün göstərdikləri səyləri yüksək qiymətləndirir.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar