Xəbər lenti
Arxiv
«    Март 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Hakan Fidan: Müharibənin müddəti uzana bilər

Baxılıb: 641     Tarix: 21-03-2026 19:58   

Yaxın Şərqdəki müharibənin 2-3 həftə davam edəcəyi ehtimal olunur. Burada həlledici amil ABŞ-ın mövqeyi olacaq. Ancaq İsrail ABŞ-a təsir göstərməyə çalışacaq, hətta atəşkəsin və ya sülhün qarşısını almaq istəyəcək.

Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan mətbuata açıqlamasında deyib.

Fidanın fikrincə, ABŞ və İsrailin mövqelərinin fərqli olduğunu göstərən dəyərləndirmələr də artıb:

“Bu, müharibənin daha uzun müddət davam etməsinə səbəb ola bilər. Müharibə davam edərkən danışıqlar aparmaq ehtimalı az olur. Bununla belə, qısamüddətli atəşkəs elan etmək, bu müddət ərzində danışıqlara başlamaq və "Danışıqlardan nəticə əldə edə bilməsəm, müharibəni davam etdirəcəyəm" düşünmək imkanını da nəzərdən keçirməliyik.

Ancaq İsrail mühüm hərbi və sənaye hədəflərini aradan qaldırana qədər dayanmayacağı fikrini yaradır. Müharibəni İsrail başlatdı və sui-qəsdlər davam edir. Problem də ondadır ki, İsrail sülh istəmir. Biz bu faktı hər yerdə, hər fürsətdə vurğulayırıq”.


Qanunvehedef.az





{sape_links}{sape_article}