Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub

Baxılıb: 7312     Tarix: 03-04-2026 13:16   

“Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə altında yaşamağa davam edir”.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında 4 Aprel – Beynəlxalq Mina Təhlükəsi barədə Maarifləndirmə Günü ilə bağlı etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, 30 illik işğal dövründə Azərbaycan ərazisinin təqribən 12 faizi Ermənistan tərəfindən 1,5 milyondan çox mina ilə çirkləndirilib: “2020-ci ildən bu yana sülh dövründə 400-dən çox şəxs həlak olub və yaxud ağır yaralanıb”.

Qeyd olunub ki, ərazilərin mina ilə çirkləndirilməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa layihələrinə, eləcə də keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına əngəl olur.





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar