Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ağar: Danışıqlar vaxt qazanma taktikasıdır

Baxılıb: 828     Tarix: 10-04-2026 13:46   

Hazırkı atəşkəs davamlı sülhə nail olmağa yönəlməyib. Bu, əslində vaxt qazanmaq taktikasıdır. Hər iki tərəf müharibə vəziyyətindədir. Lakin müharibə nəzarətsiz bir münaqişəyə çevrilməyə başlayır ki, nə ABŞ, nə də İsrail bunun baş verməsini istəyir. İran isə danışıqlara məcburdur, çünki başqa seçimi qalmayıb.

Qanunvehedef.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Abdullah Ağar TASS-a müsahibəsində deyib.

“Digər tərəfdən, ABŞ və İsrailin tələbləri üst-üstə düşmür. Çünki müharibənin yaratdığı risklər, tərəflərə təzyiq, eləcə də ölkələr daxilində ictimai rəy amili kimi digər məsələlər var. Ona görə də onlara vaxt lazımdır.

Düşünürəm ki, atəşkəs və danışıqlardan İran daha çox faydalanacaq. İran tərəfi danışıqlar prosesini sona qədər izləyəcək və şərtlər imkan verərsə, hətta İslamabada da gedəcək. Çünki onlara ən çox bu müddət lazımdır. Lakin o sırada ABŞ da öz oyununu oynayır. O, fasilə dövründə regionda öz gücünü, həmçinin təsirini artırmağa ümid edir.

Bununla belə, danışıqlardan fayda əldə olunacağına ümid var. Mən bunu “qızıl ümid” adlandırardım. Hazırda bu danışıqlar müharibənin nəzarətdən çıxması riskinin qarşısını almaq üçündür. Çünki münaqişəyə yeni iştirakçılar və əvvəllər görünməyən aktorlar cəlb olunur. Müharibənin əvvəl regional, sonra isə qlobal və nəzarətsiz hala çevrilməsi riski var. Düşünürəm ki, tərəflər, xüsusilə ABŞ və İsrail bu mənzərəni görür və müharibənin xaosa çevirilməsini istəmir”, - deyə Ağar bildirib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar