Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Baxılıb: 8421     Tarix: 15-04-2026 14:12   

Macarıstanda hakimiyyət dəyişikliyi Bakı üçün Brüsseldəki qərarlara təsir imkanları baxımından yeni çağırışlar yaradır.

Magyar Orban olacaqmı?

Bakı-Budapeşt xəttində kəskin dəyişikliklər yaranmayacağı ehtimalı böyükdür.

Macarıstan Azərbaycan qazının idxalçısıdır və Rusiya qazından asılılığını azaltmaq üçün Bakıya alternativ mənbə kimi yanaşan Brüssel də bu əməkdaşlığı dəstəkləyir. Macarıstanın Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvlüyündə qalacağı ehtimalı da yüksəkdir. Çünki Bakı ilə enerji əməkdaşlığı, Azərbaycanın AB-nin enerji tərəfdaşı olması, Avropanın gələcək təhlükəsizlik arxitekturasının qurulması və geosiyasi mövqelərini saxlaması məqsədilə Türkiyə ilə əməkdaşlıqda maraqlı olması kimi amillər Magyarı “çətin seçim” qarşısında qoymur.

Hərçənd, Magyarın Orban kimi Azərbaycan maraqları naminə AB-nin qərarlarına veto qoyacağını demək çətindir. Orban AB-nin Ermənistana birtərəfli dəstək siyasətində Azərbaycanın mövqeyini müdafiə edirdi və bu, Bakı üçün təsir rıçaqlarından birinə çevrilmişdi. İndi situasiya dəyişə, yaxud bu təsir rıçağı əvvəlki qədər effektiv olmaya bilər.






Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar