Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Fidan: İsrail də bizə qoşula bilər, bu şərtlə... - Fidan

Baxılıb: 7214     Tarix: 30-05-2026 15:32   

Yaxın Şərqdə region ölkələrinin bir-birinin ərazi bütövlüyünə hörmət etdiyi bir struktur yaradıla bilər.

Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Nikkei Asia” qəzetinə verdiyi açıqlamada deyib.

Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Körfəz ölkələrinin bu struktura daxil ola biləcəyini deyən nazir bildirib ki, vəziyyət normallaşarsa, İranın da bu quruma qoşula bilər.

O, həmçinin İsrailə də təkliflə yanaşıb. Fidan, İsrailin 1967-ci il sərhədlərinə əsaslanan Fələstin dövlətini tanıdığı təqdirdə bu platformada da iştirak edə biləcəyini bildirib:

“Əgər bu məsələ həll olunarsa, inanıram ki, İsrailin təhlükəsizliyi regional ölkələr tərəfindən əhəmiyyətli dəstək alacaq”.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar