Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Türk ombudsman: Qarabağla bağlı buna əməl edilməlidir

Baxılıb: 600     Tarix: 26-10-2018 16:06   

Azərbaycana hər gələndə sevinirəm, çünki bütün istiqamətlərdə inkişafı müşahidə edirəm. 2030-cu ilə qədər dünyada davamlı inkişafa nail olmaq üçün Bakıda belə forumun keçirilməsi çox əhəmiyyətlidir. Azərbaycan və Türkiyənin qüvvətli mənəvi bağları var, könül birliyi içindədir, qardaşdırlar. Hər iki ölkənin liderləri bu qardaşlığı bütün istiqamətlərdə inkişaf etdirir. Azərbaycan qazının Türkiyə üzərindən Avropaya axıdılması sizin qədər bizi də sevindirir. Azərbaycanın Türkiyədə 20 milyard dollarlıq sərmayəsi var. Bu əməkdaşlıq heç kimə qarşı deyil. Əksinə, regionun davamlı inkişafına töhfə verir.
Bu fikirləri Dayanıqlı İnkişafa Dair Bakı Forumu çərçivəsində çıxış edən Türkiyə Respublikasının Ombudsmanı Şərəf Malqoç deyib.
O bildirib ki, dünyanın bir tərəfinə baxanda idman, təhsil, mədəniyyət sahəsində inkişafı, digər tərəfində isə qan, qarşıdurma, yoxsulluq, müharibələr var:
“Ədalətin, insan haqlarının olmadığı yerdə inkişaf mümkün deyil. 10 gündür ki, Meksikadan ABŞ-a keçməyə çalışan qəriblər var. ABŞ isə Meksika ilə sərhədə hasar tikir. Siz minlərlə insanın Cənubi Amerikadan aclıqdan qaçaraq ABŞ-a hücum etdiyini düşünün. Eləcə də Yaxın Şərqə baxın. Bu ölkələrdən 5 milyon qaçqın Türkiyəyə gəlib. Bunu ən yaxşı anlayan azərbaycanlı qardaşlarımız olar. Çünki Azərbaycan ərazisi Qarabağ Ermənistan tərəfindən işğal edilib, nəticədə 1 milyondan çox qaçqın problemi yaranıb”.
Şərəf Malqoç Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına dair BMT-nin 4 qətnaməsinin olduğunu, amma bu qətnamələrin indiyə qədər yerinə yetirilmədiyini xüsusilə vurğulayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar