Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Əli Nağıyev Bakıda gürcü həmkarı ilə görüşdü - Fotolar

Baxılıb: 8116     Tarix: 05-06-2026 12:52   

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Gela Geladze nümayəndə heyəti ilə birlikdə Azərbaycana rəsmi səfər edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Azərbaycandakı səfirliyi sosial şəbəkə hesablarında paylaşıb.

Bildirilib ki, səfər çərçivəsində Gela Geladze Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb.

Tərəflər görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məsələlərini, Cənubi Qafqaz regionundakı mövcud vəziyyət və beynəlxalq təhlükəsizliyin qarşısında duran müasir çağırışları müzakirə ediblər.

Məlumata görə, artan qlobal təhdidlərin aradan qaldırılması prosesində iki ölkənin təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavinləri Tamaz Boraşvili və Aleksandre Maisuradze də görüşlərdə iştirak ediblər.



Qanunvehedef.az




Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar