Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Aİ Ermənistana ilk yardım tranşını etdi

Baxılıb: 950     Tarix: 20-06-2026 15:33   

Avropa Komissiyası Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərindən zərər çəkən özəl sektorun dəstəklənməsi üçün Ermənistana 34 milyon avro (təxminən 66 milyon AZN) təqdim edib.

Qanuvehedef.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) saytında məlumat paylaşılıb.

Bildirilib ki, bu, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlardan sonra elan etdiyi İrəvana 50 milyon avroluq (təxminən 97 milyon AZN) yardım paketinin ilk tranşıdır.

Paket ticarətin sadələşdirilməsini və Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə yönəlik tədbirləri əhatə edir. Birbaşa ödənişlərdən əlavə, Aİ həmçinin ermənistanlı istehsalçıların birlik ölkələrinin bazarlarına çıxışını genişləndirməyi planlaşdırır. Bu tədbirlərin həyata keçirilməsini Aİ və Ermənistanın iqtisadi dayanıqlıq üzrə birgə işçi qrupu koordinasiyaya davam edəcək.

Genişlənmə üzrə komissar Marta Kosun sözlərinə görə, bu dəstək Ermənistana təcili iqtisadi çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək, eləcə də yerli biznesə regionda və Avropada yeni imkanlar açacaq. Parlamentari həmçinin yardım paketinin gələcək icrasını və əməkdaşlıqda növbəti addımları müzakirə etmək üçün iyulun 5-də Ermənistana səfər edəcək


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar