Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Baxılıb: 8715     Tarix: 30-06-2026 13:24   

Azərbaycan Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının kəsişdiyi mühüm geostrateji qovşaqda yerləşir. Xarici ticarətin 80 faizi dəniz nəqliyyatı ilə həyata keçirilir. Və Azərbaycan bir çox mühüm nəqliyyat marşrutunun keçdiyi əsas qovşaqdır.

Qanunvehedef.az xəbər verir ki, bunu rusiyalı iqtisadçı Mixail Belyayev Azərbaycanla Aİİ arasında potensial yaxınlaşmanı şərh edərkən deyib.

“Azərbaycanla Aİİ ölkələri arasında əlaqələrə maraq getdikcə artır, dialoq isə tədricən konkret və praktik müstəviyə keçir. Azərbaycan coğrafi mövqeyi ilə həqiqətən də şanslıdır. Ölkə nəqliyyat habına çevrilir və beynəlxalq yük axınlarına nəzarət etdikcə, bu, onun siyasi əhəmiyyətinin də artmasına səbəb olur. Hörmüz boğazı ətrafındakı vəziyyət artıq dünyaya nəqliyyat axınının nə qədər vacib olduğunu nümayiş etdirdi. Nəqliyyat axınlarını idarə etməklə dövlət bu sahədə dominant qüvvəyə çevrilir. Nəqliyyat da bir biznesdir. Azərbaycan siyasi cəhətdən əhəmiyyətli bir yerdə yerləşir və bu mövqe Azərbaycanın regionda, eləcə də daha geniş kontekstdə səsini gücləndirir. Bu, iqtisadi və siyasi amillərin kombinasiyasıdır, nəticə etibarilə Azərbaycana coğrafi bir hədiyyədir”, - o bildirib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar