Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Zəngilan sakinlərinin nəzərinə!

Baxılıb: 10116     Tarix: 07-07-2026 11:23   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirəcək.

Qanunvehedef.az xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, aktiv məşğulluq tədbiri iyulun 9-u saat 11:30-da “Ağalı” hotelində təşkil olunacaq.

Tədbirdə işaxtaran şəxslərə 18 müəssisə tərəfindən elektrik qaz qaynaqçısı, mexanik, çilingər-santexnik, mühəndis, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, hüquqşünas, informasiya texnalogiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim ediləcək.

Yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar