Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Paşinyan: TRİPP İran üçün yeni imkanlar açacaq

Baxılıb: 9317     Tarix: 09-07-2026 16:19   

TRİPP layihəsinin gizli məqsədləri yoxdur və o, İran da daxil olmaqla, regionun bütün ölkələrinin maraqlarına cavab verir.

Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Layihə regional kommunikasiyaların açılmasını, dəmir yolu, avtomobil və enerji tranzitinin inkişafını, həmçinin qaz, neft və elektrik enerjisinin mümkün nəqlini nəzərdə tutur. Ermənistan tərəfdaşlarının istənilən sualını cavablandırmağa hazırdır və layihə üzərində Azərbaycan, İran, Rusiya, Gürcüstan, Türkiyə, AB, Orta Asiya ölkələri və Çinlə işləməyə davam edəcək.

TRİPP layihəsinin həyata keçirilməsi Fars körfəzindən Qara dənizə qədər uzanan dəmir yolu marşrutunun açılmasına imkan verəcək, bu da İran və Ermənistanın ticarət-iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək”, - o bildirib.

Paşinyan layihə çərçivəsində ilk işlərin artıq bu payızda başlayacağına ümid etdiyini qeyd edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar