Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bayramov iranlı həmkarı ilə görüşdü - Foto

Baxılıb: 9114     Tarix: 01-09-2026 11:12   

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə iranlı həmkarı Seyid Abbas Əraqçi ilə görüşüb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşılıb.

Bildirilib ki, nazirlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər müntəzəm yüksəksəviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar