Əliyev və Pezeşkianın görüşündəki rəsmin mesajı...

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkianın Bişkekdəki görüşü zamanı arxalarında görünən rəsm əsəri interyerin təsadüfi detalı olmayıb.
Qanunvehedef.az xəbər verir ki, bu iddia ilə Türkiyənin GZT nəşri çıxış edib.
Bildirilib ki, əsərdə türk dünyasının tarixi, mədəniyyəti və müstəqillik ruhu ilə əlaqəli bir neçə simvol var:
“Tibet öküzləri (yaklar)
Türk çölləri üçün xarakterik olan atların əvəzinə tabloda yaklar (Tibet öküzü) təsvir olunub. Bu, Tyan-Şanın yüksək dağlıq ərazilərinin sərt şəraitinə işarədir. Burada yüksək dağlıq ərazi, oksigen çatışmazlığı və şiddətli şaxtalar səbəbindən məhz bu heyvanlar hərəkət etməyə və yaşamağa daha yaxşı uyğunlaşıblar.
Ak kalpak (ağ keçə papaq)
Atlıların başında qırğızların milli kimliyinin və tarixi köklərinə bağlılığının simvollarından biri hesab olunan ənənəvi ağ keçə baş geyimləri — ak-qalpaklar var.
Berkutçular (qartal ovçuları)
Digər vacib detal qartal ovçuları olan berkutçulardır. Bu qədim ənənə əsrlər boyu köçəri mədəniyyətinin bir hissəsi olub və insanın sərt təbiətlə harmoniyada yaşamaq qabiliyyətini simvolizə edir.
Qızıl qartallar
Tabloda qızıl qartallar və əllərini yuxarı qaldıran insan fiqurları xüsusi diqqət çəkir. Onlar azadlıq və müstəqilliyi təmsil edir, bu motivlər Orta Asiya ölkələrinin dövlət rəmzlərində də mövcuddur.
Beləliklə, Əliyev və Pezeşkian arasında görüş zalında çəkilmiş rəsm əsəri sadəcə dekorativ element deyil, həm də ortaq tarixi köklər, adət-ənənələr və müstəqillik haqqında vizual bir mesaj idi”.

Qanunvehedef.az




















