Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kəmaləddin Heydərov Rudolf Müllerlə görüşdü - Foto

Baxılıb: 668     Tarix: 05-11-2018 16:58   

Azərbaycan Respublikasının Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 5 noyabr 2018-ci il tarixində BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin (UN OCHA) Fövqəladə vəziyyətlərdə cavablandırma mərkəzinin və Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupu (İNSARAG) Katibliyinin rəhbəri Rudolf Müller və İNSARAG-ın Avropa, Afrika və Yaxın Şərq üzrə əlaqələndiricisi Olqa Prorovskaya ilə görüşüb.
Nazirlikdən Qanunvehedef.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin beynəlxalq təşkilatlarla, xüsusən də BMT ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb, birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışdır. BMT-nin Humanitar məsələlərin Əlaqələndirilməsi Ofisinin təşkilatçılığı ilə bu gün Bakıda öz işinə başlayan “İNSARAG – 2018 xilasetmə dəstələrinin idarə edilməsi kursu”na uğurlar arzulayan nazir, bu tədbirin də birgə əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin BMT-nin müxtəlif qurumları ilə, o cümlədən BMT-nin Hümanitar məsələlərin Əlaqələndirmə Ofisi ilə münasibətlərinin mövcud vəziyyətindən məmnun olduqlarını bildirmiş və səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışlar. Birgə əməkdaşlıq çərçivəsində Bakıda təşkil olunan budəfəki kursun FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində böyük rol oynayacağını bildiriblər.шаблоны для dle 11.2