İki ölkə generalları Bakıda: Zakir Həsənovla görüş - Foto
Baxılıb: 856 Tarix: 21-11-2018 11:59

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana səfərə gəlib.
Bu barədə Qanunvehedef.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə iştirak etməkdir.
Bildirilib ki, üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın rəhbərlik etdikləri nümayəndə heyətləri noyabrın 21-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsi önünə, eləcə də şəhid məzarlarına əklil və gül dəstələri qoyublar.
***
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.
Tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.
***
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ilə görüşüb.
Tərəflər regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.



Ən çox oxunanlar
Son xəbərlər