Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ərdoğan Poroşenko və Putinə niyə zəng etdi? – Təhlükə

Baxılıb: 476     Tarix: 30-11-2018 17:45   

Ukrayna və Rusiya arasında yaşanan Kerç böhranı böyüyərsə, bunun Türkiyə üçün mənfi nəticələri ola bilər. Bu cəhətdən bu böhranın silahlı qarşıdurma müstəvisinə keçməsi Türkiyə üçün yolverilməzdir.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında professor Toğrul İsmayıl deyib. O bildirib ki, belə bir hadisənin baş verməsi çox təhlükəlidir:
“Daha əvvəl Ukraynanın şərq bölgəsində rusiyayönlü qruplarla Ukrayna ordusu arasında qarşıdurmaların şahidi olsaq da, ilk dəfədir biz artıq Rusiya ilə Ukrayna arasında silahlı qarşıdurmanın baş verdiyini görürük. Bunun dənizdə yaşanması da çox ciddi təhlükədən xəbər verir. Ona görə də Türkiyə, dünya ictimaiyyəti və NATO bu prosesləri yaxından izlədi və tərəfləri təmkinli olmağa çağırdı. Ukrayna da eyni zamanda sərhəd bölgələrində 1 aylıq fövqəladə vəziyyət elan etdi”.
T.İsmayıl qeyd edib ki, bu, Ukrayna ərazisində elan edilməmiş müharibənin davamıdır:
“Bu hadisə əslində Rusiyanın güc göstərisidir. Əlbəttə, Rusiya üçün baş verənlər müsbət nəticə verməyəcək. Rusiya bunu Ukraynanın, Ukrayna isə Rusiyanın provokasiyası adlandırır. Tərəflər baş vermiş hadisəni bir-birinin üstünə atır. Amma görünən odur ki, dünya ictimaiyyəti bu məsələdə Ukraynaya açıq şəkildə dəstək verir. BMT Təhlükəsizlik Şurasının səsverməsində də bu öz nəticəsini göstərdi. ABŞ isə bu hadisədən maksimum dərəcədə faydalanmağa çalışacaq. Əlbəttə ki, Rusiyaya qarşı yeni sanksiyalar gözlənilir. Amma bu proseslərin bölgədə nəyinsə axınını dəyişdirə biləcəyini düşünmürəm. Çünki onsuz da bölgədə böhranlı vəziyyət var və bu da həmin böhranın davamıdır”.
Professor vurğulayıb ki, Türkiyənin tərəflərə müraciəti səbəbsiz deyil:
“Türkiyə bu hadisələrin silahlı qarşıdurmaya gətirib çıxarmamasına çağırdı. Eyni zamanda Türkiyə bir dövlət olaraq, həm Rusiya, həm də Ukrayna ilə olan münasibətlərində bu problemin həllində vasitəçi rol üstlənə biləcəyini göstərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə öz fikrini söylədi. Türkiyənin şimalında belə bir təhlükənin olması əlbəttə ki, Türkiyəyə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən mənfi təsir göstərə bilər”.
T.İsmayıl bildirib ki, Türkiyə NATO-nun üzvüdür və NATO-nun da bu hadisəyə münasibəti çox açıq oldu:
“Burada hadisələrin, konfliktin, gərginliyin artması Türkiyənin işinə yaramır. Ona görə də Türkiyə bu konfliktin ən tez zamanda bitməsi üçün əlindən gələni edir”.
Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.
Türkiyə lideri Ərdoğan isə bu hadisədə hər iki tərəflə telefon əlaqəsi saxlayaraq, çağırışlar səsləndirdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar