Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Qarabağ klanı” Nikola savaş elan etdi - 11 dekabrdan...

Baxılıb: 947     Tarix: 09-12-2018 23:07   

Dekabrın 11-dən etibarən Ermənistanda kütləvi aksiyalar başlaya bilər.
Qanunvehedef.az Musavat.com-a istinadla xəbər verir ki, həmin gün ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması tələbilə piket və mitinqlərin keçirilməsi qərarının veriləcəyi gözlənilir. Artıq “Prezidentə azadlıq” təşəbbüs qrupu bununla bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, mövcud hakimiyyət Konstitusiyanı və Ermənistan qanunlarını kobud şəkildə pozub. Təşəbbüs qrupu hakimiyyətin məhkəməyə təzyiq etdiyini, ermənilərin milli maraqlarına zidd Dağlıq Qarabağı müdafiə komitəsinin sədri, “artsax qəhrəmanı”, “Dağlıq Qarabağ"ın birinci və Ermənistanın ikinci prezidenti”ni həbs etdiyini bildirib.
“Biz, Ermənistanın bir qrup vətəndaşı baş verənləri antikonstitusion cinayət kimi qiymətləndirərək, bu dəhşətli qanunsuzluqlara özümüzün həlledici səsimizi qaldırmağa hazırlaşırıq”, - bəyanatda bildirilib.
Təşəbbüskarlar mübarizənin mitinq mərhələsini elan etdiklərini bildirərək, hər bir vətəndaşı onlara qoşulmağa çağırıblar.
“Piket və mitinq günü 11 dekabrdan başlayacaq. Bizimlə birləşin!" - deyə bəyanatda qeyd edilir.
Göründüyü kimi, "Qarabağ klanı" N.Paşinyan hökumətinə savaş elan edib. Qarşıdakı günlərdə siyasi hərarətin güclənəcəyi şübhə doğurmur.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar