Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Köçəryanla kabab yedim, Heydər Əliyev gördü… - Eks-nazir

Baxılıb: 1 001     Tarix: 12-12-2018 12:43   

Heydər Əliyevin iş üslubu çox maraqlı idi. Cavan vaxtlarımda mən bu iş üslubu ilə rastlaşdım və bəzi şeyləri illər keçdikdən sonra başa düşməyə başladım.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ümummilli lider haqda xatirəsini bölüşərkən deyib.
T.Zülfüqarov başına gələn maraqlı hadisəni də danışıb:
“Yaltada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçirilirdi. Orda qalstuksuz, yəni qeyri-rəsmi şam yeməyi düzənlənmişdi. Yaltada Mixail Qorbaçovun “Foros” adlanan iqamətgahı var. Kuçma göstərdi ki, bura Qorbaçovun iqamətgahıdır və sair. Gəzintidən sonra bir yerdə kabab verdilər. Heydər Əliyev, Kuçma, Şevardnadze, Süleyman Dəmirəl oturublar. Görürəm ki, ermənilər – Köçəryanla Oskanyan kənarda tək qalıblar. Mən də gedib onların yanında oturdum ki, bunları bir az danışdırım. Müxtəlif məsələlərə aid fikir mübadiləsi oldu. Səhəri gün qayıtdıqda Heydər Əliyev təyyarədə məni yanına çağırdı. Oturduq, çay gətirdilər. Dedi, mən gördüm ki, sən onlarla gedib oturdun. Dedim, bəli, cənab Prezident. “Sən düz elədin”, – deyə Heydər Əliyev bildirdi. Əlavə etdi ki, bizə yaxşı olması üçün heç kim onları yaxın buraxmırdı və danışdırmırdı. Onların tək qalmaması üçün sən düz eləyib onlarla oturdun. Bəs yaxşı, nə danışdılar? Mən də təbii ki, məruzə etdim. Yəni, bu baxımdan Heydər Əliyev çox maraqlı üslublar tətbiq edirdi və çox xoşlayırdı ki, kimsə ona uyğun addımlar atsın”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər