Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Lukaşenkonun 5 rayon təklifi ilə açılan sirr: Rusiyanın mövqeyi...

Baxılıb: 709     Tarix: 15-12-2018 14:22   

Son zamanlar regionda baş verən siyasi hadisələr Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən iclasına böyük təsir göstərdi. Belə ki, QDİƏT iqtisadi təşkilat olmaqla yanaşı, artıq siyasi məsələləri də əhatə etməyə başlayıb
Bunu Qanunvehedef.az-a açıqlamasında “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
“Qara dənizdə siyasi vəziyyət Ukrayna-Rusiya böhranına görə xeyli kəskinləşib. Bu mənada QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasının Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın həm Ukrayna, həm də Rusiya ilə çox yaxşı münasibətləri var. Bakıda səsləndirilən bəyanatlar isə birbaşa sülh və ölkələr arasında barışığın bərpa olunmasına xidmət edir”, - ekspert bildirib.
Politoloq bu kontekstdə Azərbaycan XİN rəhbərinin “QDİƏT məkanında regional əməkdaşlıq üçün ən böyük maneələr həll olunmamış münaqişələrdir” fikrini dəstəkləyib:
“İclasda Qarabağ məsələsinin müzakirəsi də xüsusi önəm kəsb edir. Çünki son zamanlar Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyində dəyişiklik hiss olunur. Moskva məsələnin həlli istiqamətində danışıqların və müzakirələrin güclənməsinin tərəfdarıdır. Bakıda bu müzakirələrin getdiyi bir vaxtda Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qarabağla bağlı çox ciddi bəyanatı xüsusilə diqqət çəkir. O, faktiki olaraq Rusiya, Belarus və digər MDB ölkələri arasında problemin tənzimlənməsi prosesində gedən tendensiyaları açıqladı. Belə ki, Ermənistanın 5 rayonun qaytarılmasına razı olmaması bir daha dəqiqləşdi. Bununla da sülh prosesini təhlükəyə atan, müharibəyə meyilli tərəfin İrəvan olduğu sübuta yetirildi. Belə ki, 2019-cu ildə Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi yeni mərhələyə keçəcək”.
Qeyd edək ki, ötən gün Bakıda QDİƏT üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər