Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ADU-dakı “masajçı qadın” haqda faktlar - Şok

Baxılıb: 535     Tarix: 19-12-2018 13:30   

Azərbaycan Dillər Universitetinin əməkdaşı Baxşəliyeva Elmira Həsən qızının ittihamları ilə bağlı geniş açıqlama vermək fikrində deyildim, ona görə ki, iş məhkəmədədir. Sadəcə, dostların narahatlığı, israrlı açıqlama almaq cəhdləri müəyyən məqamlara aydınlıq gətirmək zərurəti yaradır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri ADU-nun mətbuat katibi Ağa Cəfərli qeyd edib. O bildirib ki, ittihamçıya kadrlar şöbəsindən başqa şöbəyə keçmək təklifi edilib:
“Hətta bu barədə əmr də verilib və o, ADU-nun Həmkarlar Komitəsinə keçirilib.
Bunun da öz səbəbləri var:
I. İş bölgüsündə laborantların şəxsi işləri ilə məşğul olan ittihamçı illər ərzində bu sənədlərin yarıtmaz halda qalmasına səbəb olub, müqavilələrin doldurulmasını və iş şəraitinə uyğunlaşdırılmasını təmin etməyib. Bunu asanlıqla sübut etmək olar - laborantların müqavilə və şəxsi işləri göz önündədir.
II. İttihamçının heç bir ali təhsili yoxdur. O, texnikum belə bitirməyib. Sadəcə, nə zamansa masaj kurslarını bitirib.
III. Özünü iddialı aparmasının nəticəsində 72 ədəd iş müqaviləsini Kadrlar şöbəsindən evinə aparıb, yalnız iki gün sonra gətirib qaytarıb.
IV. Onlarla ADU işçisi ittihamçının özünü aparmasından, ətrafdakılara münasibətindən narazı və şikayətçidir.
V. Laborantların bir neçəsi bir il ərzində üç dəfə ödənişli məzuniyyətə göndərilib”.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin əməkdaşı Baxşəliyeva Elmira mediaya universitetin rektoru, tanınmış yazıçı, akademik Kamal Abdulla ilə bağlı şikayət dolu məktublar göndərib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər