Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Prezidentdən möhtəşəm aksiya: Növbəti addım…

Baxılıb: 809     Tarix: 20-12-2018 17:03   

Bu sərəncam ölkə başçısının əhalinin aztəminatlı təbəqəsinin qayğı və problemlərinin həllinə yönəlik humanist siyasətinin nəticəsidir.
Bu sözləri Qanunvehedef.az-a Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsi haqqında sərəncamına münasibət bildirən keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçı qeyd edib ki, sərəncama əsasən, birdəfəlik yardımın maliyyələşdirilməsi üçün 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitdən 5 milyon manat ayrılacaq:
“Bu, dövlətin sosial siyasətində əhalinin aztəminatlı hissəsinin həmişə diqqət mərkəzində olduğunu göstərir. Prezidentin bu addımı əhalinin aztəminatlı və sosial təminatının gücləndirilməsinə ehtiyacı olan təbəqəsinə olan münasibətin növbəti ifadəsidir. Bundan öncəki illərdə də aztəminatlı ailələrə ünvanlı yardımlar verilib. Prezident Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik bu kursunu hazırda da davam etdirir. Bu, dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Prezidentin aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsi haqqında sərəncamı isə həmin siyasətin növbəti mərhələsinin reallaşdırılması istiqamətində bir aksiya idi”.
Qeyd edək ki, Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar