Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dövlət başçımız qeyd edib ki, Azərbaycan uğurla inkişaf edən ölkədir.

Baxılıb: 527     Tarix: 23-12-2018 22:53   

 
Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti seçildi. Onda İlham Əliyevin 42 yaşı vardı və o, dünyanın ən gənc dövlət başçılarından biri idi. Həmin vaxtdan 1il keçir. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
 
“Təhsil hər bir dövlətin gələcəyidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə - XXI əsrin başlanğıcında Azərbaycanda əsl təhsil bumu yaşanmışdır. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəblər tikilmiş, bir çox məktəblər üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter sinifləri yaradılmışdır.
 Bir liderin inkişaf hədəflərini, ölkənin və xalqın gələcəyi ilə bağlı uzaqgörən planlarını duymaq üçün onun maarifin, təhsilin tərəqqisinə diqqətini və qayğısını görmək kifayətdir. Hər məktəb xalqın gələcəyinə düşən işıqdır. Hər məktəb ətrafındakı böyük bir sosial mühitdə pis əməllərin önünü kəsən, insanların təfəkkürünü aydınlığa çıxaran, cəmiyyəti xoş məramlarına yetirən müqəddəs məbəddir. Bütün xalqların ən böyük ziyalıları cəmiyyəti inkişaf etdirmək üçün birinci məktəbdən başlayıblar. Cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə bütün ölkə boyunca 3100 müasir məktəb inşa olunub. Azərbaycan tarixinin heç bir çağında belə bir fakta təsadüf etmək mümkün deyil. O, ölkəmizdə ən müasir təhsil standartlarına cavab verən bir sıra yeni təhsil müəssisələrinin, təhsil və elm mərkəzlərinin də yaradıcısıdır. Bu mənada, cənab İlham Əliyev zəmanəsinini ziyalısı, maarifçisidir. O, müasir təfəkkürünün, yenilik yaratma bacarığının, dövrün inkişaf meyillərinə həssaslığının və mütərəqqi ideyalarının motivasiya gücü ilə insan kapitalını cəmiyyətdə ən böyük sərvət kimi tanıdıb. İnsanlarımızın fərdi inkişafına dəstəyi ilə, minlərlə Azərbaycan gəncinin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almasına yaratdığı şəraitlə, cəmiyyət həyatında innovasiyaları təşviq etməklə ölkəmizdə böyük bir intellektual potensial formalaşdırıb. Azərbaycan insanı fərqindədir ki, ən böyük zənginlik, var-dövlət məhz bilikdir. Ona nail olmağın yeganə yolu isə məktəblərdən, maarif ocaqlarından, kitablardan keçir.
Bu gün təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Çünki qazanılan bütün nailiyyətlər məhz ulu öndər Heydər Əliyev ideyalarından güc alır.
"Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə kollektivimiz adından səmimi təbriklərimizi qəbul edin.
Əminəm ki, Sizin böyük təşkilatçılıq istedadınız, böyük dövlət xadimi təcrübəniz hələ uzun illər boyu Azərbaycan xalqının rifahı naminə çoxtərəfli əlaqələrin və strateji tərəfdaşlığın inkişafına xidmət edəcəkdir.
                                                                                             
Zərnişan Ağamirzəyeva
Qəbələ  şəhər 5 nömrəli tam orta məktəbin direktoruшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər