Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Kreml narahatdır: Paşinyan nəyi seçəcək? – Politoloq

Baxılıb: 554     Tarix: 26-12-2018 14:09   
Kreml Ermənistanın indiki rəhbərliyinin birbaşa Azərbaycanla dialoqundan narahatdır və münaqişənin öz moderatorluğunda qalmasında maraqlıdır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Paşinyanın Rusiya səfərinə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan və Putin görüşündə Qarabağ münaqişəsinin danışıqların əsas predmeti olacağı şübhəsizdir:
“Çünki konflikt ətrafında rəsmi İrəvanın siyasəti Kremli narahat edir. Bu münaqişədən istifadə edərək Rusiya regionda, xüsusilə Ermənistanda öz təsir gücünü saxlayır. Hazırda növbəti aydan danışıqlar prosesinin yeni raundu gözlənilir və əvvəlki danışıqlardan fərqli olaraq Milanda ATƏT və XİN rəhbərlərinin konfransında hər iki tərəfin birgə razılaşdığı bəyanat üzrə danışıqlar prosesinin keçiriləcəyi planlaşdırılır. Hazırkı prosesdə Rusiyanın rolu zəiflədiyinə görə Moskva çalışacaq ki, prosesə təsir gücünü saxlasın”.
Politoloq qeyd edib ki, Rusiya tərəfi hazırkı prosesi tormozlamağa çalışır:
“Rusiya XİN rəhbəri Sergey Lavrovun və sözçüsü Mariya Zaxarovanın Qarabağ münaqişəsinin həlli ilə bağlı İrəvan və Bakı arasında dialoqun yaradılması və kreativ ideyaların işlənib hazırlanmasını qeyd etməsi təsadüf deyil. Çünki onlar yaxşı görür ki, birbaşa danışıqlar başlamaq mərhələsindədir və müəyyən şifahi razılaşamlar da var. Göründüyü kimi, İrəvan və Bakı arasında xüsusi operativ rabitənin olmasına, Düşənbədə Prezident İlham Əliyevlə Paşinyan arasında şifahi razılığa baxmayaraq, Moskva prosesə müdaxilə edir”.
Politoloq vurğulayıb ki, İrəvanla Bakı üçüncü tərəf olmadan danışıqlara başalasa, münaqişənin həllində irəliləyiş mümkündür:
“Putin Paşinyanla görüşündə Qarabağ münaqişəsinin həllində öz vasitəçiliyini xüsusi qeyd edəcək və status-kvonu saxlamağı tapşıracaq. Bir daha güzəştə getməməyi, bu prosesdə Ermənistanın arxasında olacağını qeyd etməsi mümkündür. Biz Paşinyanın Moskva səfərindən sonra Qarabağ münaqişəsi ilə bağlı danışıqlara zərbə vuran açıqlamalar görsək, təəccüblənməməliyik. Əgər Paşinyan praqmatik olarsa, öz inqilabi islahatlarına sadiq qalarsa, Rusiyanın nə deməyindən asılı olmayaraq, Qarabağ münaqişəsinin real həlli istiqamətində Azərbaycanla danışıqlara gedəcək. Çünki Paşinyan Putinin münaqişə ilə bağlı təklifini qəbul edərsə, onu ölkəsində növbəti mərhələdə ağır siyasi-iqtisadi tənəzzül gözləyir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Paşinyanın bu həftə (27 dekabrda gözlənilir) Rusiyaya gedəcəyini bildirib.
Bu, Paşinyanın seçkidən sonra ilk xarici səfəri olacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər