Ərdoğan onları Rusiyaya niyə göndərir? – Hücumun detalları
Baxılıb: 923 Tarix: 27-12-2018 15:15

ərəflər Moskvada Suriya əməliyyatı ilə bağlı hərbi strateji və taktiki məsələləri müzakirə edəcəklər.
Bu sözləri Qanunvehedef.az-a Türkiyə nümayəndə heyətinin Moskvaya səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Rusiya Türkiyənin Suriyada keçirəcəyi əməliyyatların miqyası və əhatə edəcəyi sərhəddən xəbərdar olmaq istəyir:
“ABŞ qoşunları artıq Suriyada əməliyyat zonasını tərk etməyə başlayıblar. Türkiyə məhz bu prosesin sonlanmasını gözləyir. Bu isə o deməkdir ki, Türkiyə ordusu tezliklə Suriyada əməliyyatlara başlayacaq. Rusiyanın Suriyada bazası və qoşunları var. Ona görə də Rusiya Türkiyənin Suriyada keçirəcəyi əməliyyatlardan xəbərdar olmaq istəyir. Tərəflər Moskvada Suriya əməliyyatı ilə bağlı hərbi strateji və taktiki məsələləri müzakirə edəcəklər. Türkiyə nümayəndə heyətinin Moskvaya səfərinin mahiyyəti də məhz bundan ibarətdir. Mövqelər müəyyənləşdirildikdən sonra əməliyyatlara start veriləcək”.
Politoloq bildirib ki, regional və regiondan kənar aktorlar bundan sonra Suriyada öz mövqelərini gücləndirəcəklər:
“Ümumiyyətlə, ABŞ-ın Yaxın Şərqdən çıxmaq kimi bir planı yoxdur. ABŞ-ın nəinki İraqda qoşunları var, eləcə də Qətərdə hərbi bazası, Səudiyyə və Küveytdə infrasturukturu mövcuddur. Yəni ABŞ-ın qoşunlarını Suriyadan çıxarması strateji yox, taktiki gedişdir. ABŞ-ın Fars körfəsindəki gəmiləri raket sistemi ilə təchiz olunub və bu raketlər Yaxın Şərqin istənilən nöqtəsinə çata bilir. Həmçinin Rusiya da Suriyada daha da güclənmək, Şərqi Aralıq dənizində mövcudluğunu davam etdirmək niyyətindədir. Türkiyə isə son zamanlar nəinki Suriyada, eləcə də Qətərdə infrasturuktur qurur. Bundan başqa, İran da Suriyadan çıxan deyil, eynilə İsrail də bölgədə aktivliyini davam etdirəcək”.
Qeyd edək ki, qarşıdakı günlərdə Moskvada Türkiyə nümayəndə heyətinin iştirakı ilə Suriyadakı durumla bağlı yüksək səviyyəli görüşün keçirilməsi gözlənilir.
Ən çox oxunanlar
Son xəbərlər