Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qaz partlayışında binanın bir bloku necə dağıla bilər?

Baxılıb: 1 134     Tarix: 03-01-2019 13:02   

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın bir blokunun tamamilə dağılması sovet binaları ilə bağlı məsələni bir daha gündəmə gətirib. Qaz sızmasından baş verən partlayış nəticəsində onmərtəbəli binanın bir blokunun dağılması və 40-dək şəxsin həyatını itirməsi narahatedicidir.
Məsələ ilə bağlı Qanunvehedef.az-a açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin keçmiş müdiri, tanınmış inşaatçı Cahangir Qocayev bildirib ki, hər hansı qəza zamanı binanın uçması onun memarlığından asılı deyil.
“Binanın tikintisi zamanı mühəndis hesabatı olmalıdır. Bu hesabatda zəlzələdən yanğınlara kimi bütün təhlükələr nəzərə alınır. Ümumiyyətlə isə binanın uçması onun proyektindən asılı olan məsələ deyil. Uçqun hadisəsi bütün binalarda ola bilər. Hər hansı qəza olmasa belə, binalar uçma təhlükəsi ilə qarşı-qarşıya qala bilər”, - C.Qocayev deyib.
Ekspert bildirib ki, istənilən layihəli binada fəsadların olmaması üçün dövlət mənzil nəzarəti olmalıdır:
“Yəni hər 5 ildən bir binaların dayanıqlığı yoxlanılmalıdır”.
Qeyd edək ki, dekabrın 31-i gecə saatlarında Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində binanın bir bloku tamamilə dağılıb, 40 nəfərədək insan həlak olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar