Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ermənilər qazaxı öldürüb, indi də qazaxları təhqir edirlər

Baxılıb: 512     Tarix: 08-01-2019 13:04   

Erməni mətbuatı Karaqandada baş verən hadisələrlə uğursuz şəkildə Sumqayıt hadisələri arasında paralellik qurmağa çalışır. Maraqlı odur ki, Sumqayıt hadisəsində ilk qətl edilənlər azərbaycanlılar olub. Karaqanda hadisəsində də qətl edilən qazax gəncidir. Öldürən erməni, ölən azərbaycanlı və qazax olsa da, ermənilər bunu milli qırğının başlanğıcı olaraq görürlər.
Bu sözləri Qanunvehedef.az-a Qazaxıstanın Karaqanda şəhərində kütləvi davada ermənilərin 23 yaşlı qazax gənci öldürməsi və buna etiraz olaraq, qazaxların kütləvi aksiyalar keçirməsinə və ermənilərin ölkədən qovulması tələblərinə münasibət bildirən politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Qazaxstanın Karaqanda şəhərində erməni kriminal dəstənin 23 yaşlı qazax gənci qətlə yetirməsinin qazax ictimai rəyində təşviş və həyəcanla qarşılanması əlbətdə normaldır:
“Erməni kriminal qrupun postsovet ölkələrində və Avropada törətdiyi cinayətlər haqqında mətbuata mütəmadi olaraq məlumat verilir. Qazaxstanda da erməni kriminal qruplaşmaların olduğu məlumdur. Hadisə ilə bağlı cinayət işi başlanıb, Kair Nadirbekov, Torqom Malsaxyan və Soxak Malsaxyan həbs edilib, Narek Quruyan isə axtarışa verilib.
Erməni mətbuatında bu qətlin məişət zəminində törədildiyi və qazaxların bu məsələni böyütməkdə ittiham edilməsini, hətta qazaxların milli dəyərlərini tənqid edərək cinayətə haqq qazandırma təşəbbüslərini görə bilərik”.
Politoloq qeyd edib ki, erməni mətbuatı qazaxların cinayətkarların cəzalandırılması tələblərini pantürkizm olaraq təqdim etməyə çalışır:
“Qazaxları təhqir edir, onları millətçiliklə ittiham edirlər. Hətta başda armenianreport.com internet səhifəsi olmaqla bir çox mətbu orqan XX əsrin əvvəllərində Sovet dövründə Qazaxstanın birinci katibi olmuş Levon Mirzoyan adına olan küçənin adının dəyişdirilməsi məsələsinə də toxunur. Bu, o Mirzoyandır ki, onminlərlə qazağın sürgün edilməsində, güllələnməsində birbaşa məsliyyət daşıyır, onların ölüm hökmünün altında cəllad Mirzoyanın imzası var. Amma ermənilər Mirzoyanın qazaxlara mədəniyyət, elm, təsərrüfat, ədəbiyyat öyrətdiyini, “vəhşi köçərilərin isə” buna dəyər vermədiklərini qeyd edir”.
Politoloqun sözlərinə görə, belə anlaşılır ki, ermənilərə Qazaxstanda ikinci Eduard Qriqoryan lazımdır:
“Eduard Qriqoryan Sumqayıtda kütləvi iğtişaşı ilk başaladan, 6 ermənini öldürən, amma çox az cəza ilə canını qurtaran cəlladdır.
Politoloq vurğulayıb ki, məsələyə hökumətlər nəzdində münasibət bildirilməsi erməni kriminal qruplaşmanın sakit durmayacağını göstərir:
“Bu da haqlı olaraq qazaxların etirazına səbəb olur”.
Qeyd edək ki, Yeni il gecəsi Qazaxıstan Respublikasının (QR) Karaqanda şəhərindəki ermənilərə məxsus olan “Qədim Roma” (“Drevniy Rim”) restoranında ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra mübahisə restoranın həyətində davaya çevrilib və nəticədə 1 qazax gənc, 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Hamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar