Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ekoloq: Bakıya hər qar yağanda xəbərdarlıq edilmir: indi isə...

Baxılıb: 604     Tarix: 16-01-2019 14:50   
Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı müvafiq qurumlar xəbərdarlıq edilibsə, deməli, doğrudan da vəziyyət kritikdir.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında ekoloq Telman Zeynalov ölkə ərazisində hava şəritinin dəyişəcəyi ilə əlaqədar olaraq xəbərdarlıq edilməsi barədə danışarkən deyib. O, ölkəmizə soyuq hava kütləsinin şimal hissədən daxil olduğunu bildirib:
“Artıq bu gündən Rusiya ərazisində hava kəskin dəyişiləcək, şiddətli külək əsəcək. Hazırda şimal qonşumuzda qasırğa, qar, çovğun müşahidə edilir. Buna görə bizdə də bu gün axşam saatlarından etibarən havanın dəyişməsi müşahidə olunacaq. Yanvar ayının 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə haqqında xəbərdarlıq hər hansı baş verəcək mənfi hadisələrə qarşı qabaqlayıcı tədbirlər görülməsi baxımından çox vacibdir. Bu vaxta qədər paytaxta dəfələrlə qar yağsa da, külək əssə də, bu formada həyəcan təbili çalınmayıb. Əgər nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq edibsə, deməli, həqiqətən də ehtiyatlı olmaq lazımdır”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı icra hakimiyyətlərinə və digər müvafiq qurum və təşkilatlara xəbərdarlıq edib.шаблоны для dle 11.2