Prezident fərmanı: Hansı institutlar birləşir? - Ekspert
Baxılıb: 756 Tarix: 18-01-2019 15:20
Azərbaycan Milli Elmlər Akademiyasında islahatlar qaçılmazdır. AMEA-da aparılan tədqiqatlar, yazılan elmi işlər çağdaş dövrün tələblərinə uyğunlaşdırılmalıdır.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında alim, təhsil eksperti Etibar Əliyev Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki qurumların fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması ilə bağlı Fərmanı barədə danışarkən deyib. O bildirib ki, AMEA-da aparılacaq başlıca islahatlardan biri bəzi institutların birləşdirilməsi olmalıdır:
“Bu Fərmanın islahatların daha səmərəli aparılmasına yardımçı olacağına inanıram. Son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasında funksionallığı bəlli olmayan institular və şöbələr yaradılıb. Akademiyanın bir neçə institutunun birləşdirilməsinə ehtiyac var. Məsələn, Ədəbiyyat İnstitutu ilə Dilçilik və Folklor İnstitutu ilə, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarix İnstitutu ilə birləşməsi artıq zamanın tələbidir. Hələ Füzuli adına Əlyazmalar İnstitutu da var. Bundan başqa, Fizika İnstitutu ilə Radiasiya Problemləri İnstitutu niyə ayrıca fəaliyyət göstərməlidir? Ayrıca Biofizika İnstitutu niyə olmalıdır?”
E.Əlievin sözlərinə görə, Akademiyanın institutlarında elmi tədqiqatların səmərəliliyinin artırılmasının mexanizmləri də işlənməlidir:
“Fizika, riyaziyyat və texnika, kimya, biologiya və tibb elmləri yönümlü institutlardakı tədqiqatların əhəmiyyəti görünməlidir. AMEA sanki elmi dərəcələr verən bir məkana çevrilib. Buna görə də elmi tədqiqatların aktivlik indeksində bu qurumun yeri görünmür. Ötən sərin 70-80-ci illərində AMEA-nın institutlarının elmə verdikləri töhfələr daha səmərəli xarakter daşıyırdı. Düşünürəm ki, Fərmanın icrası Akademiyada tədqiqatlar üçün yeni mühit yaradacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmanda Prezident Administrasiyasına İşçi Qrupun yaradılması və 6 ay müddətində müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

Ən çox oxunanlar
Son xəbərlər