Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Prezidentdən mühüm fərman: Mərkəz niyə gecikir?

Baxılıb: 617     Tarix: 25-01-2019 12:50   
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması istiqamətində iş aparılır.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və təhsil komitəsinin sədri, Dövlət Dil Komissiyasının üzvü akademik İsa Həbibbəyli Prezident fərmanından 3 aya yaxın vaxt ötməsinə baxmayaraq, hələ də Monitorinq Mərkəzinin yaranmamasının səbəblərinə aydınlıq gətirərkən deyib.
“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Əsasnaməsi hazırlanıb. Hazırda Əsasnamə qurumlarla razılaşdırılır. Bütün bu proseslərdən sonra mərkəzin yaradılması üçün həlledici addımlar atılacaq. İnanıram ki, proses yaxın vaxtlarda başa çatacaq. Mərkəz yaradıldıqdan sonra isə üzvlər təyin olunacaq”, - o bildirib.
İ.Həbibbəyli yaradılacaq mərkəzin görəcəyi işlərdən də danışıb:
“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əsas fəaliyyəti KİV, reklam, elmi və digər əsərlərdə Azərbaycan dilinin saflığını qorumaqdan və ədəbi dilin daxili imkanlar hesabına inkişafına kömək etməkdən ibarət olacaq”.
Akademik bildirib ki, Azərbaycanda tanınmış dilçi alimlər kifayət qədərdir və Mərkəz onların potensialından istifadə edəcək:
“Şübhəsiz ki, yaradılacaq Mərkəz müxtəlif monitorinqlər və onların müzakirəsi nəticəsində ədəbi dilin daha işlək, çevik və normalara uyğun şəkildə inkişafında mühüm rol oynayacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı 1 noyabr 2018-ci ildə fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması nəzərdə tutulub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər