Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyə cəmiyyətində ən zəhləm gedən şey... – Millət vəkili

Baxılıb: 589     Tarix: 30-01-2019 12:20   
Xərçəng hüceyrələri ilə bağlı apardığı araşdırmalara görə Nobel mükafatı almış Əziz Sancardan soruşurlar ki, bu qədər tədqiqat aparmısınız, xərçəngdən qorunmanın birinci şərti nədir? O, lakonik bir cavab verir: “Siqaretə yaxın durmayın!”
Qanunvehedef.azxəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Türkiyədə imamlara siqaret çəkməyin qadağan edilməsi barədə qərara münasibət bildirərkən qeyd edib.
O, sözügedən qərarın yerində atılmış bir addım olduğunu bildirib:
“Bilirəm ki, bəziləri siqaret çəkməyən insanların da bu problemlə üzləşdiyini deyəcək. Əlbəttə, bu gerçəkdir, lakin alimlər insanı xərçəngə ən çox yaxınlaşdıran amilin siqaret olduğunu müəyyənləşdiriblər. Bir şeyi də qeyd edim ki, dünyada ən məzmunsuz siqareti bəlkə də Türkiyədə, xüsusilə də qadınlar çəkirlər. Türkiyə cəmiyyətində ən zəhləm gedən şey gənc qızların kütləvi şəkildə siqaret çəkməyidir. Universitetin qarşısında onlarla qızın siqareti məhz moda olaraq istifadə etdiyini sezirsən. Sabah ana olacaq bu insanların valideynləri necə olur ki, bu cür davranışların qarşısını almağa səy göstərmirlər? Azərbaycanda heç olmazsa qızlar bu cür toplum içində, açıq formada siqaret çəkməyə risk etmirlər.
Siqaret çəkən dindarları isə ümumiyyətlə anlamaqda zorluq çəkirəm. İmandan danışa-danışa, bir növ, uyuşdurucu sayılan siqaretə baş vurmaq imanın zəifliyinin, fikrimcə, birinci əlamətidir”.
Millət vəkili Türkiyə Dəyanət Vəqfi başqanının son addımını, yəni Həcc ziyarətinə siqaret çəkən din adamlarının aparılmayacağını bəyan etməsini təqdir edib:
“Əslində, bu, tərbiyəvi məqsədlə atılan bir addımdır. Hər birimiz çevrəmizdəki əlçatan insanları inandıraraq siqaretdən uzaqlaşdırmalıyıq. Yalnız qanunla, cərimələrlə bu iş getməz”.
Qeyd edək ki, bundan əvvəl Türkiyə məscidlərində imamlara siqaret çəkmək qadağan olunub.шаблоны для dle 11.2